logo
logo logo
logo

Magistr olmaq istəyənlərin nəzərinə!

12:29 - 05 Fevral 2024

Magistr olmaq istəyənlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi (DİM) magistratura imtahanında iştirak edəcək bakalavrlara müraciət edib

 

Bu barədə Manset.az-a DİM-dən məlumat verilib.

“Məlum olduğu kimi, Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına  qəbul imtahanı (I cəhd) 11 fevral 2024-cü ildə keçiriləcək.

Bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı çap etmək üçün bu linkə daxil olmalıdırlar”, - qurumdan bildirilib.

Qeyd edilib ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az