Həkim Yelena Andreeva süd vəzisi xərçənginin yaranmasında iki əsas faktoru açıqlayıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, həkimin fikrincə, risk faktorları siyahısında çəki problemləri yüksəkdir.
Onun sözlərinə görə, reproduktiv yaşda bədən kütləsi indeksinin normadan, yəni 25-dən yuxarı artması döş xərçənginin inkişaf riskini iki dəfə çoxaldır:
“Bədən kütləsi indeksi nə qədər yüksək olarsa, döş xərçənginin inkişaf riski də bir o qədər yüksəkdir. Xərçəngin inkişafı üçün digər mühüm risk faktoru spirt istehlakıdır. Bundan əlavə, qadının stresli vəziyyətlərə görə bu xəstəliyə tutulma riski daha çox olur”.