Britaniya Navalnının ölümü ilə bağlı fərdi sanksiyalara hazırlaşır

01:02 - 19 Fevral 2024

Britaniya Navalnının ölümü ilə bağlı fərdi sanksiyalara hazırlaşır

London Rusiya siyasətçisi Aleksey Navalnının ölümü ilə bağlı fərdi sanksiyaların tətbiqini nəzərdən keçirəcək.

 

Manset.az-ın məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron "Sky News" telekanalının efirində deyib.

“Buna görə məsuliyyət daşıyan fərdi şəxslərin olub-olmamasına və bizim görə biləcəyimiz fərdi tədbirlər, addımların olub-olmamasına baxırıq”, - Kemeron Münhen təhlükəsizlik konfransında deyib.

Qeyd edək ki, Navalnı fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. İstintaq Komitəsi ölüm faktı ilə bağlı araşdırmalara başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az