Türkiyədə ahıl şəxs bıçaqla məsciddə uşaqlara hücum etdi - VİDEO

13:12 - 19 Fevral 2024

Türkiyədə ahıl şəxs bıçaqla məsciddə uşaqlara hücum etdi - VİDEO

Türkiyənın Diyarbəkir şəhərindəki məscidlərin birində xoşagəlməz hal yaşanıb. 

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Bağlar rayonundakı məsciddə Quran dərsi keçən uşaqlar bıçaqlı şəxsin hücumuna məruz qalıb. 

Hadisə məsciddəki təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. 

Görüntülərdən məlum olur ki, əlində bıçaq olan şəxs məscidə daxil olaraq azyaşlıları qorxudub və onların üstünə qışqırıb. 

Hadisə ilə bağlı yerli polis araşdırmalara başlayıb. Məscidə bıçaqla daxil olan şəxs uşaqların nalayiq hərəkətlər etməsini əsas gətirib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az