İllər əvvəl “Öyle Bir Geçer Zaman Ki” serialında Caroline obrazı ilə yadda qalan Wilma Elles ilə keçmiş əri Kerem Göğüş arasında alimentə görə gərginlik yaşanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Göğüşün alimentin azaldılması üçün məhkəməyə müraciət etdiyini öyrənən aktrisa keçmiş ərinə reaksiya verib.
Keçmiş həyat yoldaşının aliment ödəmədiyini bildirən aktrisa, "Onun bir ödəmə vərdişi yoxdur. Pul qazanır, amma uşaqları üçün paltar belə almayıb” deyib.
Beləki, Göğüş uşaqları üçün ödədiyi 1500 avroluq alimentin 4 min lirəyə endirilməsi üçün məhkəməyə müraciət edib.
Əfsanə Rəcəb
Manşet.az