Meksikada on minlərlə insan iyunun 2-də keçiriləcək ümumi seçkilərdən əvvəl Milli Seçki İnstitutuna təklif edilən dəyişikliklərin qurumu "zəiflətdiyi" səbəbiylə hökumətə etiraz edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müxalifət partiyalarının çağırışı ilə paytaxt Mexikoda Zokalo meydanında təxminən 90 min insan toplaşıb. Demokratiya uğrunda küçələrə çıxan nümayişçilər “ədalətli seçki" çağırışı ediblər.
Minlərlə fəal "Xalq iqtidardakılardan güclüdür” kimi şüarlar səsləndirib.
Əfsanə Rəcəb
Manşet.az