Əfqanıstanın Nuristan əyalətinin Nakre kəndində güclü qar yağması nəticəsində torpaq sürüşməsi baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, səlahiyyətlilər torpaq sürüşməsi nəticəsində ən azı 25 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını açıqlayıb.
Əfqanıstanın Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin sözçüsü Janan Sayeq gecə saatlarında baş verən insidentdə təxminən 15-20 evin tamamilə və ya qismən dağıldığını bildirib.
Digər tərəfdən, 2017-ci ildə Nuristanda baş verən qar uçqunu nəticəsində 50-dən çox insan həyatını itirmişdi.
Əfsanə Rəcəb
Manşet.az