Banqladeş Beynəlxalq Ədalət Məhkəməsində İsraili “Fələstinin işğalını qəddarlıqla səciyyələndirməkdə” və davamlı sülhə əngəl olmaqda ittiham edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dinləmələrdə çıxış edən Banqladeşin Haaqa səfiri Riaz Həmidullah ölkəsinin sonradan müstəqilliyini əldə etmiş bir dövlət olaraq dünyada imperializm, müstəmləkəçilik və irqçiliyə qarşı mübarizə aparan məzlum xalqları dəstəkləməsinin bir vəzifə olduğunu bildirib.
Həmidullah, "Banqladeş uzun müddətdir ki, İsrailin Fələstini işğalına son qoyması və paytaxtı Qüds olmaqla 1967-ci il sərhədlərində suveren və müstəqil Fələstin dövlətinin qurulmasını nəzərdə tutan daimi həll çağırışını yeniləyir” deyib.
Dinləmədə iştirak edən dövlətlərin işğalın qeyri-qanuni olduğuna “qəti inandığını” ifadə edən Həmidullah Fici və ABŞ-ın İsraili müdafiə edən yazılı açıqlamalarına toxunub.
Əfsanə Rəcəb