"Parlament yaz sessiyasının əvvəlində İsveçin NATO üzvlüyünü təsdiq edə bilər"
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Orban bazar günü verdiyi açıqlamada deyib.
Orban açıqlamada, “İsveçlə mübahisə yekunlaşmaq üzrədir. İsveç baş naziri ilə etimadın bərpası üçün mühüm addımlar atılıb. Beləliklə, parlament yaz sessiyasının əvvəlində İsveçin NATO-ya üzvlüyünü təsdiq edə bilər"- qeyd edib.
Həmçinin, Macarıstanın hakim Fides Partiyasından olan millət vəkili Mate Kocsis, İsveçin NATO-ya üzv olmasının parlamentin gündəliyinə çıxarılmasını tələb edən məktubu paylaşıb.
Mate Kocsis məktubunda İsveçin NATO-da iştirakını dəstəklədiyini bildirib və bu məsələnin parlamentin bazar ertəsi, fevralın 26-da keçiriləcək yaz sessiyasının iclasının gündəliyinə salınmalı olduğunu bildirib.
Yanvarın 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında İsveçin NATO-ya daxil olması protokolunun təsdiqini təsdiq edən qanun qəbul edilib.
Jalə
Manşet.az