Saxlanıldığı həbsxanada öldüyü açıqlanan rusiyalı müxalifətçi Aleksey Navalninin anası Lyudmila Navalnaya Rusiya prezidenti Vladimir Putindən oğlunun cənazəsinin təslim edilməsini istəyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putinə müraciət edən Navalnının anası mesajında “Vladimir Putin... icazə ver indi oğlumu görüm” deyib.
Qeyd edək ki, Navalnaya oğlunun vəkili ilə həftəsonu Rusiyanın şimal qütbündə, Navalninin ötən ildən saxlanıldığı “Polar Wolf IK-3” cəza koloniyasına gedərək oğlunun cəsədinin harada olması ilə maraqlanıb. Lakin meyitin yeri ilə bağlı ziddiyyətli məlumatlar əldə etdikdən sonra geri dönüb.
Əfsanə Rəcəb
Manşet.az