Maskdan beyninə çip yerləşdirilən insan barədə həyəcanlı açıqlama

09:07 - 21 Fevral 2024

Maskdan beyninə çip yerləşdirilən insan barədə həyəcanlı açıqlama

“Neuralink”dən beyin çipi implantasiya edilmiş ilk insan tamamilə sağalıb. O, düşüncələri ilə kompüter siçanını idarə edə bilib.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə startapın həmtəsisçisi, ABŞ-li milyarder İlon Mask bildirib.

Onun sözlərinə görə, irəliləyiş yaxşı gedir.

“Pasiyentin bildiyimiz neyron təsirləri ilə tam sağaldığı görünür. Xəstə sadəcə düşünməklə siçansız kursoru ekranda hərəkət etdirə bilir”, - deyə Mask vurğulayıb.

“Neuralink” əlavə məlumat üçün şərh verməyib.

Xatırladaq ki, sentyabr ayında insanlar üzərində sınaqlar üçün təsdiq alan şirkət yanvar ayında ilk xəstəsinə uğurla çip implantasiya edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az