Gözəlliyi və enerjisi ilə illərə meydan oxuyan türkiyəli müğənni Ajda Pekkan iyun ayında həyatında ilk dəfə bir stadionda konsert verəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 77 yaşlı Superstar "Ajda Pekkan və Dostları" adlı konsertinin bilətlərinin qiyməti 700-15 min TL arasında olacaq.
Konsertdə Selda Bağcan, Nilüfer, Kenan Doğulu, Sıla, Edis, Cem Adrian, Mabel Matiz kimi bir çox məşhurlarla duetlər yer alacaq.
Əfsanə Rəcəb
Manşet.az