Fransada etiraz aksiyası: 66 fermer saxlanıldı

14:08 - 01 Mart 2024

Fransada etiraz aksiyası: 66 fermer saxlanıldı

Avropadakı fermerlər həftələrdir məhdudlaşdırıcı ekoloji qaydalar, Avropa Birliyi xaricindən ucuz idxalla rəqabət və aşağı gəlirlərə etiraz olaraq etiraz aksiyaları təşkil edirlər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, fermerlər Parisdə Champs-Elysees küçəsindəki Zəfər tağı ətrafında pankartlar açıblar.

100-ə yaxın fermer səhər saatlarından əsas kəsişmədə dinc şəkildə və qanuna tabe olaraq toplaşıblar.

Fermerlər birliyi sosial media hesabından verdiyi açıqlamada bunun Fransada kənd təsərrüfatını "xilas etmək" üçün bir fəryad olduğunu söyləyib.

Fransa polisi açıqlamasında bildirib ki, aksiyada iştirak edən 66 fermer saxlanılıb.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az