Ukrayna 1 gündə Rusiyanın 3 Su-34 döyüş təyyarəsini vurdu

14:15 - 01 Mart 2024

Ukrayna 1 gündə Rusiyanın 3 Su-34 döyüş təyyarəsini vurdu

Ukrayna Hərbi Hava Qüvvələri ötən gün Rusiyanın üç Su-34 hücum təyyarəsini vurduğunu açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İhnat açıqlama verib.

Bildirilib ki, Hərbi Hava Qüvvələri Rusiyanın təkcə fevral ayında təxminən 12 Su-34 təyyarəsini məhv edib.

Hər bir təyyarənin dəyərinin təxminən 36 milyon dollar olduğu bildirilir.

Hərbi Hava Qüvvələrinin məlumatına görə, yanvar və fevral aylarında hər biri təxminən 330 milyon dollara başa gələn iki Rusiya A-50 təyyarəsi də Ukrayna qüvvələri tərəfindən vurulub.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az