Türkiyə ilə Türkmənistan arasında təbii qaz sahəsində anlaşma memorandumu və karbohidrogenlər sahəsində müqavilələr imzalanıb.
Bu barədə Manset.az TRTHaber-ə istinadən xəbər verir.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar açıqlama verib.
O, açıqlamasında "görüş çərçivəsində iki ölkənin təbii qaz sahəsində əməkdaşlığını sürətləndirəcək Anlaşma Memorandumu və karbohidrogenlər sahəsində tərəfdaşlığımızın əsasını təşkil edəcək Niyyət Bəyannaməsi imzaladıq. İmzalarla Türkmənistan qazını əvvəlcə Türkiyəyə, sonra isə dünya bazarlarına çatdırmağı hədəfləyirik” qeyd edib.
Jalə
Manşet.az