ABŞ-dakı keçmiş səfirdən casusluq etirafı

17:53 - 01 Mart 2024

ABŞ-dakı keçmiş səfirdən casusluq etirafı

ABŞ-ın Boliviyadakı keçmiş səfiri Viktor Manuel Roça 40 ildən çox Kuba üçün casusluq etdiyini etiraf edib.

 

Manset.az CNNTürk-ə istinadən xəbər verir ki, ABŞ-ın Boliviyadakı keçmiş səfiri Viktor Manuel Roça 1981-ci ildən ABŞ Dövlət Departamentində olarkən Kubaya məlumat sızdırdığı üçün mühakimə olunurdu. Günahsız olduğunu iddia edən 73 yaşlı keçmiş səfir dünən Mayamidə keçirilən prosesdə ifadəsini dəyişib.

Dünən keçirilən iclasda məxfi sənədlərin necə işlənəcəyinin müzakirə ediləcəyi gözlənilsə də, Roşa ilkin ifadəsini dəyişərək cinayətini etiraf edib. Roşa Kubaya 40 ildən çox casusluq etdiyini etiraf edib.

Qeyd edək ki, xarici ölkələrə casusluq etmək, pul köçürmələri fırıldaqları etmək və ABŞ pasportu almaq üçün yalan ifadələr verməkdə ittiham olunan Roçanın cəzası aprelin 12-də keçiriləcək məhkəmədə müəyyənləşəcək.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az