Qazaxıstan sakinləri bir gün “qocaldılar” - SƏBƏB

21:45 - 02 Mart 2024

Qazaxıstan sakinləri bir gün “qocaldılar” - SƏBƏB

Qazaxıstanda vahid UTC+5 saat qurşağına keçiddən sonra ölkə sakinləri bir gün "qocalıblar". Belə ki, onların rəqəmsal sənədlərində doğum tarixi bir gün əvvəli göstərir.

 

Manset.az Oxu.az-a istinadən bildirir ki, bu barədə Milli İnformasiya Texnologiyaları şirkətindən xəbər verilib.

Bildirilir ki, "eGov" dövlət xidmətləri portalında yaranan nasazlıq belə bir problemə səbəb olub.

"Hazırda ekspertlər bunu araşdırır", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Qazaxıstan martın 1-dən UTC+5 vahid saat qurşağına keçib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az