Məşhur rejissor qardaşlardan sonuncusu vəfat etdi

22:08 - 02 Mart 2024

Məşhur rejissor qardaşlardan sonuncusu vəfat etdi

İtalyalı məşhur rejissor, ssenarist Paolo Taviani vəfat edib.

 

Manset.az Axşam.az-a istinadən xəbər verir ki, rejissor Romada, 92 yaşında, qısa çəkən xəstəlikdən müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Qeyd edək ki, Paolonun mərhum qardaşı Vittorio Taviani də rejissor idi. Onlar kino sektorunda Taviani qardaşları kimi tanınıblar. Fəaliyyətlərinə jurnalist kimi başlayan qardaşlar 1960-cı ildən sinemada çalışıblar.

Paolo "Sezar ölməlidir", "Yandırılmalı olan şəxs" və "Ata-ev sahibi" kimi ekran işlərinin rejissor kürsüsündə əyləşib.

Onun qardaşı 2018-ci ildə 88 yaşında uzun çəkən xəstəlikdən sonra Romada vəfat edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az