Türkiyədə 11 mərtəbəli binanı kəndirlə dartaraq uçurdular - VİDEO

09:35 - 04 Mart 2024

Türkiyədə 11 mərtəbəli binanı kəndirlə dartaraq uçurdular - VİDEO

Türkiyədə mərkəzi Kahramanmaraş olan zəlzələlərdə böyük dağıntıların yaşandığı Hatay vilayətində təmizləmə işləri yekunlaşıb.

 

Manset.az xəbər verir ki, zəlzələdən zərər çəkən rayonun Arsuz mahalında məhkəmə prosesi tamamlanan “Defne Sitesi”nə məxsus 11 mərtəbəli bina kəndirlə inşaat texnikası vasitəsilə dartılaraq sökülüb.

Nəhəng binanın çökdüyü anlar mobil telefon kamerası ilə saniyə-saniyə qeydə alınıb.

Söküntü zamanı hər hansı xoşagəlməz hadisə baş verməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az