1 yaşlı körpənin beynindən əkizi çıxarıldı

10:56 - 04 Mart 2024

1 yaşlı körpənin beynindən əkizi çıxarıldı

Çində bir yaşlı körpə qızın kəlləsindən onun hələ doğulmamış əkizi çıxarılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,Körpənin beyin əməliyyatı Şanxaydakı Fudan Universitetinin həkimləri tərəfindən aparılıb.

Tibbi ədəbiyyatda bu halla ilk dəfə rastlaşmasa da, həkimlər bunun son dərəcə nadir hal olduğunu bildiriblər.

Körpənin kəllə sümüyünün gözlənildiyindən daha geniş olduğu və hərəkət problemi olduğu üçün xəstəxanaya gətirildiyi bildirilib. Hərəkət bacarıqları; iməkləmə, ayaqda durma, yerimə, qaçma, yellənmə, dönmə, yuvarlanma, atlama və tarazlıq kimi hərəkətləri təmin edir. Körpənin kəllə sümüyünü müxtəlif görüntüləmə üsulları ilə araşdıran tədqiqatçılar onun beyninin sıxıldığını və maye yığıldığını aşkar ediblər.

Əlavə müayinə nəticəsində məlum oldu ki, körpə hələ ana bətnində olarkən əkizi olub, lakin ikinci körpə kifayət qədər inkişaf edə bilməyib və körpənin kəllə sümüyünün içərisində ilişib qalıb.

Nəticədə kifayət qədər inkişaf etməyən bu embrion digəri tərəfindən saxlanılıb. Əməliyyatdan sonra bir yaşlı qızın vəziyyətinin necə irəlilədiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, 1982-ci ildə London Xəstəxanasının alimləri kəllə böyüməsi şikayəti ilə gətirilən 6 həftəlik körpənin beynində 14 santimetr uzunluğunda döl tapmışdılar. Əməliyyatdan sonra körpənin tez sağaldığı müşahidə edilib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az