İsrail döyüş təyyarələri Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsində əvvəlki hücumlarda həlak olan yüzlərlə fələstinlinin birlikdə basdırıldığı qəbiristanlığı bombalayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bombardman nəticəsində meyitlər səthə çıxıb.
Qəzzanın şimalındakı Mülki Müdafiə Birliyinin rəisi Əhməd əl-Kahlut bildirib ki, orada basdırılan cəsədlər bombardman nəticəsində torpaqdan çıxıb və mülki müdafiə qrupları yenidən basdırmaq üçün sıx səy göstərirlər.
Əfsanə Rəcəb
Manşet.az