Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu gün Ukrayna müharibəsi ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya xəbər agentlikləri Medvedevin “Ukraynanın Rusiyaya aid olduğunu” müdafiə etdiyini qeyd edib.
ABŞ xüsusi təyinatlıları və müşavirlərinin Rusiyaya qarşı müharibəni qızışdırdığını deyən Medvedev ABŞ və Rusiya arasında vəziyyətin 1962-ci ildəki "Kuba raket böhranı"ndan da pis olduğunu bildirib.
Medvedev Rusiyanın Ukraynadakı "xüsusi hərbi əməliyyatı"nın "qarşı tərəf təslim olana qədər" davam edəcəyi ilə bağlı xəbərdarlıq edib. O, "Sovet İttifaqını diriltmək mümkün deyil, ancaq Rusiyanın tarixi parçaları vətənə qayıtmalıdır" deyib.
Alman ordusunun Rusiyaya hücumu müzakirə etdiyi iddia edilən səs yazısı ilə bağlı Medvedev, "Moskva mötədillik nümayiş etdirəcək, lakin unutmayacaq" sözlərindən istifadə edib.
Rusiya nümayəndəsi, həmçinin, bildirib ki, “yeni reallığı” tanıyan istənilən yeni Ukrayna hökuməti ilə danışıqlar mümkün olacaq.
Əfsanə Rəcəb
Manşet.az