Qəzzada yoluxucu xəstəlik xəbərdarlığı

17:53 - 04 Mart 2024

Qəzzada yoluxucu xəstəlik xəbərdarlığı

Fələstin Səhiyyə Nazirliyi 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağında təqribən 1 milyon yoluxucu xəstəlik hadisəsinin aşkar edildiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nazirliyin sözçüsü Əşrəf əl-Qudra bu barədə BMT-yə çağırış edib.

Mətbuat katibi Qudra açıqlamasında "Biz bir milyona yaxın yoluxucu xəstəlik hadisəsi aşkar etdik və müalicə üçün lazımi tibb müəssisələri mövcud deyil. İşğalçı dövlət İsrail qəsdən epidemiyaların və yoluxucu xəstəliklərin yayılmasına səbəb olur və təsvirolunmaz insani və sağlamlıq fəlakətinə səbəb olur" deyib.

Qudra xəbərdarlıq edib ki, lazımi tibbi yardım göstərilməsə, vəziyyət daha da pisləşəcək.

O, İsrail qüvvələrinin xəstəxanaları və sağlamlıq mərkəzlərini dağıddığını, tibb işçilərini öldürdüyünü və ya həbs etdiyini, Qəzzanın şimalında vəziyyətin daha pis olduğunu bildirib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az