İzmirli modelyer Rəhşan Ərtoğrul həbs olunub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rəhşanın həbs olunmasının səbəbi, onun qəza törətməsi olub.
Tekstil və moda sənayesində fəaliyyət göstərən İzmirli iş qadını Rəhşan Ərtoğrulun idarə etdiyi 35 ER 738 nömrəli lüks cip avtomobil yuma məntəqəsinin sahibi Sadık Altınerin idarə etdiyi motosikletə çırpılıb.
Qəzanın təsirindən yerə yıxılan motosiklet sürücüsü ağır yaralanaraq sağlamlıq qrupları tərəfindən təcili yardımla xəstəxanaya aparılıb.
Burada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Jalə
Manşet.az