3 yerində plastik əməliyyat etdirən 33 yaşlı qadın bir gün sonra OTELDƏ ÖLDÜ - FOTO

18:45 - 04 Mart 2024

3 yerində plastik əməliyyat etdirən 33 yaşlı qadın bir gün sonra OTELDƏ ÖLDÜ - FOTO

Plastik əməliyyat üçün İsveçdən İstanbula gəlib və bir gün sonra dünyasını dəyişib.

 

Bu barədə Manset.az TGRT Haber-ə istinadən xəbər verir. 

Beləki, 33 yaşlı İnger Jeanette Bengtsson İsveçdən İstanbula gələrək qarın nahiyəsində piy götürmə, omba böyütmə və sinə böyütmə əməliyyatları keçirib.

Əməliyyatdan bir r gün sonra Jeanettle  oteldə  halı pisləşərək vəfat edib.

Həyatını itirən qadının ailəsi vəkilləri vasitəsilə hadisə ilə bağlı polisə  şikayət edib.

Şikayətdə  Jeanette  bu əməliyyatları etmək üçün İsveçdən Türkiyəyə gələrək internetdə reklamını gördüyü bir şirkətlə müqavilə bağladığı və sözügedən şirkətlə WhatsApp vasitəsilə yazışdığı və əməliyyat olunmağa gəldiyi qeyd edilib.

Ərizədə o da bildirilib ki, zərərçəkmiş Türkiyəyə gələrkən şirkətlə aralarındakı müqaviləyə uyğun olaraq 6 min 490 avro nağd pul ödəyib. Müraciətdə plastik cərrahiyyə şirkətinin zərərçəkmişin əməliyyatlarını özəl xəstəxanada etdiyi, daha sonra razılaşmaya uyğun olaraq Küçükçekmecedəki otelə yerləşdirdiyi qeyd edilib.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az