Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov vəfat edib.
Manset.az xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat paylaşılıb.
Qeyd edək ki, Ənvər Seyidov 1949-cu il martın 29-da anadan olub. O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.
Birinci ixtisas dərəcəli hakim, hüquq elmləri doktoru olan Ə. Seyidov Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru idi.