4 ölkədən Azərbaycan qazının Suriyaya nəqlinə dair birgə BƏYANAT 

21:42 - 02 Avqust 2025

4 ölkədən Azərbaycan qazının Suriyaya nəqlinə dair birgə BƏYANAT 

Azərbaycan, Qətər, Suriya və Türkiyə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ötürülməsinin başlaması ilə bağlı birgə açıqlama yayıblar.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin yaydığı bəyanatda bu layihənin dörd ölkə arasında əlaqələrin gücləndirilməsində vacib addım olduğu qeyd olunub.

Açıqlamada vurğulanıb ki, rekord müddətdə həyata keçirilən bu layihə Suriyanın münaqişədən sonrakı bərpa və normallaşma prosesi üçün xüsusi əhəmiyyət daşıyır.

Sənəddə qeyd edilib ki, bu təşəbbüs Suriya iqtisadiyyatının canlanmasına və əhalinin həyat şəraitinin yaxşılaşmasına birbaşa töhfə verən mühüm humanitar addımdır.

Bundan əlavə, iştirakçı ölkələr regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az