Bakıda MKTB-lərin milyonlarla manat vergi borcu yarandı - SİYAHI

15:36 - 02 Avqust 2025

Bakıda MKTB-lərin milyonlarla manat vergi borcu yarandı - SİYAHI

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin paytaxtın rayonları üzrə Mənzil Kommunal Təsərrüfatı Birliklərinin külli miqdarda vergi borcu yaranıb.


Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə kommersiya qurumlarının dövlət reyestri məlumatlarından informasiya əldə edilib.

Belə ki, paytaxt üzrə Mənzil Kommunal Təsərrüfatı Birliklərinin dövlət qarşısında yığılmış vergi borcları aşağıdakı kimidir:

Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi - 1 472 303.94 manat,
Nərimanov rayon Mənzil Kommunal Təsərrufat Birliyi - 2 236 871.29 manat,
Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi - 494 382.08 manat,
Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi - 5 047 205.7 manat,
Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi - 126 002.68 manat,
Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi - 2 001 273.19 manat,
Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi - 2 156 167.86 manat,
Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi - 2 818 128.2 manat,
Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi - 3 231 717.43 manat.

Xəzər və Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin isə heç bir vergi borcu mövcud deyil. Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin isə vergi borcu ilə bağlı məlumatları öyrənmək mümkün olmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az