Türkiyənin hərbi gəmisi Gürcüstanın ərazi sularına daxil oldu

20:43 - 04 Mart 2024

Türkiyənin hərbi gəmisi Gürcüstanın ərazi sularına daxil oldu

Türkiyə Hərbi Dəniz Donanmasının "TCG YILDIRIM F-243" freqatı Gürcüstanın ərazi sularına daxil olub.

 

Manset.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Batumi limanında lövbər atmış hərbi gəminin heyətini Gürcüstan DİN-in Sahil Mühafizəsi Departamentinin direktoru, birinci dərəcəli kapitan Ramaz Papidze, Acarıstan Muxtar Respublikası hökumətinin sədri Tornike Rijvadze, eləcə də Batumi meri Arçil Çikovani qarşılayıb.

Hərbi gəminin qarşılanması mərasimində Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay da iştirak edib.

Məlumata görə, səfərin məqsədi NATO proqramı çərçivəsində Gürcüstan Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin “Oçamçire” və “Dioskuriya” gəmilərinin ikinci səviyyəli özünü qiymətləndirməsini keçirməkdir.

Türkiyə hərbi gəmisi Batumi limanını martın 10-da tərk edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az