Rusiya və Çin 2033-2035-ci illərdə Ayda atom elektrik stansiyası tikməyi planlaşdırırlar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Beynəlxalq Gənclik Festivalında çıxış edərkən Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) prezidenti Yuri Borisov bildirib.
Yuri Borisov, Çinlə birgə planlaşdırdıqları kosmos layihələrindən danışaraq, "Çinlə birlikdə Ayda atom elektrik stansiyası tikməyi düşünürük" deyib.
Borisov Çinlə Ayda birgə tədqiqatlar üçün müqavilə imzaladıqlarını qeyd edib.
Əfsanə Rəcəb
Manşet.az