Qəzza zolağında can itkisi son 24 saatda 86 nəfər artaraq 30 min 717 nəfərə çatıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi tərəfindən yazılı açıqlama edilib.
Qeyd olunub ki, son hücumlarda 113 fələstinli yaralanıb, yaralıların ümumi sayı 72 min 156-ya yüksəlib. Qeyd olunub ki, İsrail qüvvələri indiyədək Xan Yunus və Qəzzanın şimalında 348 tibb işçisini öldürüb, 269 tibb işçisini əsir alıb.
Əfsanə Rəcəb
Manşet.az