Keçən il Meksika parlamentində sərgilənən yadplanetlilərə aid olduğu iddia edilən qalıqlarla bağlı yeni və təəccüblü məlumatlar ictimaiyyətlə paylaşılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qalıqların süni heykəllər olmadığı, eyni zamanda DNT testlərinin bu mumiyaların min ildən çox yaşı olduğunu ortaya çıxardığı bildirilib.
Qeyd edək ki, sənədli film çəkmək istəyən bir qrup mütəxəssisin 3 barmağı olan mumiyalanmış yadplanetlinin qalıqlarını tapması beynəlxalq ictimaiyyətdə böyük mübahisə yaratmışdı.
Əfsanə Rəcəb
Manşet.az