ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident Co Baydeni 2024-cü il prezident seçkilərində televiziya debatına çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tramp çağırışı sahibi olduğu “Truth” sosial sosial media platformasında edib.
Tramp bunu Baydenlə hər zaman və hər yerdə edə biləcəyini ifadə edib:
"Bu, ölkəmizin və Amerika xalqının yaxşılığı üçün vacibdir".
Xatırladaq ki, Tramp Respublikaçıların ilkin seçkisinə qədər namizədlər arasında heç bir debatda iştirak etməmişdir.
Bu çağırışdan sonra Baydenin komandası Trampın “diqqətə susadığını və diqqəti cəlb etməyə çalışdığını” bildirib.
Əfsanə Rəcəb
Manşet.az