Gözəlliyi və enerjisi ilə tanınan türkiyəli müğənni Hadisə istifadə etdiyi gündəlik sadə, lakin təsirli vərdişlərini paylaşıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dietoloqun tövsiyələri istiqamətində hərəkət edən Hadisə gündə 2 dəfə yemək yeyərək özünə uyğun rejim yaratdığını bildirib.
Xüsusilə aralıq oruc tutma sisteminə bənzəyən yeməklərdə yediyi və içdiyi hər şeyə diqqət etdiyini və sağlam qidalanmağa çalışdığını qeyd edib.
Hadisə axşam saat 7-dən sonra heç nə yemədiyini və bu sayədə gün ərzində qəbul etdiyi qidaları həzm etmək üçün bədəninə vaxt verdiyini söyləyib.
Hadisənin səhərlər istifadə etdiyi xüsusi qarışım onun maddələr mübadiləsini sürətləndirir. Quru ərik, cəfəri, yaşıl alma və darçın tərkibli bu qarışıq həzmi tənzimləyir, həmçinin qan şəkərini tarazlaşdıraraq aclıq böhranlarından qoruyur.
Hadisə həftənin yalnız bir gününü “mükafat günü” olaraq keçirir və bu gün ərzində istədiyi hər şeyi yeyir. Bu xüsusi gün nizam-intizamlı həyat tərzinin mükafatı kimi qəbul edilir. Bu xüsusi gün nizam-intizamlı həyat tərzinin mükafatı kimi qəbul edilir.
Əfsanə Rəcəb
Manşet.az