Oskar mərasimində Hollivud ulduzunun Qəzza çıxışı diqqət çəkdi

12:03 - 11 Mart 2024

Oskar mərasimində Hollivud ulduzunun Qəzza çıxışı diqqət çəkdi

Məşhur Hollivud aktyoru Rami Youssef 96-cı Oskar mükafatlandırma mərasimi öncəsi Qəzza ilə bağlı dediyi sözlərlə diqqət çəkib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Youssef Oskardan əvvəl qırmızı xalçada məşhurlardan müsahibə alan Variety jurnalına danışıb.

Youssef, "Qəzzada dərhal və daimi atəşkəs çağırırıq. Fələstin xalqı üçün sülh və qalıcı ədalət üçün çağırış edirik. Bu, əslində universal bir mesajdır: Uşaqları öldürməyi dayandırın. Gəlin bu müharibənin bir parçası olmayaq" deyib.

Qeyd edək ki, Youssef bu il "Poor Thing" filmindəki performansı ilə izləyiciləri heyran qoyub.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az