Bill Klinton xəstəxanaya Yerləşdirildi

08:32 - 15 Oktyabr 2021

Bill Klinton xəstəxanaya Yerləşdirildi

ABŞ-ın sabiq prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib.

 

Manset.az CNN-ə istinadən xəbər verir ki, Klinton uroloji problemlərə görə xəstəxanaya yerləşdirilib və o, hazırda müalicə olunur.

Məlumata görə, antibiotiklər qəbul edən sabiq prezidentin durumu yaxşıdır, ailə üzvləri və həkimlərlə söhbət edir. Onun bir neçə günə evə buraxılacağı ehtimal olunur.

Qeyd edək ki, Bill Klinton 1993-cü ildən 2001-ci ilə qədər ABŞ prezidenti olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az