Məşhur qrup brend adını, mahnılarını və müəllif hüquqlarını bu qiymətə satdı

17:06 - 05 Aprel 2024

Məşhur qrup brend adını, mahnılarını və müəllif hüquqlarını bu qiymətə satdı

Dünyaca məşhur Amerika rok qrupu Kiss qrupun markasını, mahnılarını və müəllif hüquqlarını təxminən 300 milyon dollara satıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qrup İsveçin Pophouse Entertainment Group şirkəti ilə sövdələşmə edib.

Kiss qrupunun solisti və basçısı Gene Simmons, 300 milyon dollar olduğu bildirilən sövdələşmənin dəqiq dəyərini açıqlamadan, (müəllif hüquqları) “təslim etmək” sözünü sevmirəm, etdiyimiz iş tam bir əməkdaşlıqdır” ifadəsindən istifadə edib.

Simmons, "Xüsusən də Paul Stanley və mən qrupa sadiq qalacağıq. Kiss bizim körpəmizdir. Amma biz bir daha Kiss olaraq turneyə çıxmayacağıq" deyib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az