Bu gün İranın Xuzistan əyalətində ardıcıl üç dəfə zəlzələ baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sözügedən əyalətin Məşraqe şəhərində Rixter cədvəli üzrə 4,1, 4,4 və 4,9 bal gücündə ardıcıl zəlzələlər qeydə alınıb.
Tehran Universitetinin Geofizika İnstitutunun Milli Syesmoloji Mərkəzi bildirib ki, zəlzələlər 12:15 radələrində və ardıcıl olaraq 8, 19 və 31 kilometr dərinliklərdə olub.
Əfsanə Rəcəb
Manşet.az