"Paşinyan Ermənistanı Ukraynanın yolu ilə aparır" - Dövlət Duması

08:30 - 07 Aprel 2024

\"Paşinyan Ermənistanı Ukraynanın yolu ilə aparır\" - Dövlət Duması

"Paşinyan İrəvanı Ukraynanın yolu ilə aparır. Bu, Ermənistan-ABŞ-Aİ formatı inkişaf etdikcə getdikcə daha aydın görünür".



Manset.az Bizim.Mediaya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, Leonid Slutski “Telegram” kanalında yazıb.

“İrəvandakı hazırkı hakimiyyət başa düşürmü ki, Avroatlantik “şahinlərin” vəd etdiyi dəstək və yardım əslində Rusiyanı zəiflətmək planını canlandırmaq cəhdlərindən başqa bir şey deyil. İndi isə bunu Ermənistan xalqının milli maraqları bahasına və Cənubi Qafqazda sabitliyin pozulması perspektivi hesabına gerçəkləşdirmək istəyirlər”, - deyə Slutski vurğulayıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az