Bu şəhərin merinin evindən 70 kq narkotik TAPILDI

00:48 - 08 Aprel 2024

Bu şəhərin merinin evindən 70 kq narkotik TAPILDI

Fransız jandarma əməkdaşları Avallon şəhərinin meri Djamila Habsaouinin evində axtarış apararkən ondan 70 kq çətənə aşkar ediblər.

 

Manset.az  BFMTV kanalına istinadən xəbər verir ki, əməliyyat respublika Daxili İşlər Nazirliyinin elan etdiyi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə kampaniyası çərçivəsində həyata keçirilib. Telekanalın qeyd etdiyi kimi, hüquq-mühafizə orqanlarında merin qardaşının qadağan olunmuş maddələrin alveri ilə əlaqəsi barədə məlumat var idi.

Habsaoui özü Fransa Sosialist Partiyasını təmsil edir və 2021-ci ildə Avallon administrasiyasının rəhbəri vəzifəsinə seçilib. O, həm də regional məsləhətçi kimi fəaliyyət göstərir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az