Ermənistanda zəlzələ oldu

21:47 - 07 Aprel 2024

Ermənistanda zəlzələ oldu

Ermənistanda zəlzələ baş verib.

 

Manset.az bildirir ki, bu barədə respublikanın xilasetmə xidməti məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanlar saat 18:31-də qeydə alınıb. Zəlzələ Şirak rayonunun Aşotsk kəndindən 19 km cənub-şərqdə qeydə alınıb, mənbə 10 km dərinlikdə yerləşib, maqnitudası 2,9 olub.

Episentrdə yeraltı təkanların gücü 4 bal olub.

Zəlzələ Şirak rayonunun Aşotsk, Musayelyan, Amasiya, Kakavasar kəndlərində 3 bal, Lori rayonunun Şirakamut və Saralanc kəndlərində isə 2-3 bal gücündə hiss olunub.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az