Cem Yılmaz X hesabını abunə sisteminə açdı

10:59 - 08 Aprel 2024

Cem Yılmaz X hesabını abunə sisteminə açdı

Türkiyəli məşhur komediya aktyoru Cem Yılmaz X sosial media hesabını abunə sisteminə açıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yılmaz X hesabındakı paylaşımında abunə sistemini açıqlayıb.

Aktyor, "Sabahınız xeyir... Bundan sonra X-a abunə olanlar üçün işlərimizdən təqvimləri, fotoları, videoları və xüsusi xəbərləri paylaşacam... Təşəkkür edirəm X” ifadələrini istifadə edib. X hesabında 16 milyon izləyicisi olan Yılmazın abunə haqqı ayda 38,80 TL (təxminən 2 AZN) olacaq” deyib.

Cem Yılmazın abunə sisteminə keçməsi izləyicilərinin reaksiyasına səbəb olub.

Komediyaçının paylaşımına “Sevgini pula çevirib yığmağa çalışmaq xoş deyil” və “Nə qədər borcun var ki, bunu etdin?” kimi şərhlər edilib.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az