Nusr-et adlı restoranlar şəbəkəsində etdiyi təqdimatlarla tez-tez gündəmə gələn məşhur aşbaz Nusret Gökçe bu dəfə sosial mediada etdiyi paylaşımla diqqət çəkib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nüsrət bu dəfə kostyumu və eynəyi ilə rəqs edib. Fərqli üslubu və rəqsi ilə yanaşı, həmin vaxt siqaret çəkməsi diqqət çəkib.
O, paylaşımına “Çərşənbə günü Mayamidə görüşənədək” şərhini yazıb. Qısa müddətdə sürətlə yayılan paylaşım sosial şəbəkələrdə çoxlu bəyənmə və şərhlər gəlib. Bir çox sosial şəbəkə istifadəçisi də onun üslubunu məşhur müğənni Rafet El Romanın səhnə performansı ilə müqayisə etdiklərini şərh edib.
Jalə
Manşet.az