İstanbulun Pendik Harmandere qəsəbəsindəki yediemin avtoparkında yanğın hadisəsi baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Harmandere rayonu, Moda küçəsindəki yediemin anbarının yanındakı otluq ərazidən naməlum səbəbdən alov qalxıb.
Yanğın sürətlə anbarda olan nəqliyyat vasitələrinin və spirtli içkilərin olduğu əraziyə keçib.
Hadisə yerinə polis, Təcili tibbi yardım və yanğınsöndürmə briqadaları göndərilib.
Yanğınsöndürmə briqadasının yanğına müdaxiləsi davam edir.
Jalə
Manşet.az