Fransa, İordaniya və Misirdən Netanyahuya Rifah çağırışı

13:12 - 09 Aprel 2024

Fransa, İordaniya və Misirdən Netanyahuya Rifah çağırışı

Fransa prezidenti Emmanuel Makron, Misir prezidenti Əbdülfəttah əs-Sisi və İordaniya kralı Abdulla dünən birgə bəyanat verərək, Qəzzada təcili atəşkəsin vacibliyini vurğulayıb, zorakılıq, terror və müharibənin sülh gətirə bilməyəcəyini bildiriblər.

 

Manset.az xarici mediaya istinadən məlumatına görə, bəyanatda sülhün iki dövlətli həll yolu ilə əldə ediləcəyi qeyd edilib. Həmçinin, İsrailin Rəfaha hücumunun təhlükəli nəticələrinə qarşı xəbərdarlıq edən BMT Təhlükəsizlik Şurasının 2728 saylı qətnaməsinin dərhal və qeyd-şərtsiz yerinə yetirilməsinə çağırılıb.

Bu açıqlamadan sonra Netanyahu “Bu gün Qahirədə aparılan danışıqlarla bağlı ətraflı hesabat aldım. Məqsədlərimizə çatmaq, xüsusən də bütün girovlarımızın azad edilməsi və HƏMAS-a qarşı tam qələbə üçün daim çalışırıq. Bu qələbə üçün Rəfəha daxil olmaq və oradakı terrorçu batalyonları məhv etmək lazımdır. Bu baş verəcək; tarix müəyyən edilib” deyib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az