Türkiyə İsraillə ticarəti məhdudlaşdırır

13:37 - 09 Aprel 2024

Türkiyə İsraillə ticarəti məhdudlaşdırır

Türkiyə Ticarət Nazirliyi İsraillə ixracata məhdudiyyət qoyulduğunu açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazirlikdən verilən açıqlamada İsrailin Qəzzaya 7 oktyabr 2023-cü il tarixindən bu yana davam edən hücumlarına diqqət çəkilib.

Açıqlamada, " İsrailin Qəzza zolağında 6 aydan artıqdır ki, ayrı-seçkilik etmədən günahsız fələstinliləri hədəfə aldığı ümumi qırğında həyatını itirən fələstinli qardaşlarımızın sayı 33 mini, yaralananların sayı isə yüz mini ötüb. Onların əksəriyyəti qadınlar və uşaqlardır. Qəzza zolağı dağıdılıb və böyük dağıntılara məruz qalıb”.

Ticarət Nazirliyi İsraillə ixracata məhdudiyyət qoyulduğunu açıqlayıb. Nazirliyin məhdudlaşdırma qərarı armaturdan yastı poladdan, mərmərdən keramikaya qədər 54 məhsul qrupunu əhatə edir. Məhdudiyyət qərarının atəşkəs əldə olunana qədər qüvvədə qalacağı bildirilib.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az