Unudulan iynə ölüm gətirdi - FOTO

14:05 - 09 Aprel 2024

Unudulan iynə ölüm gətirdi - FOTO

Türkiyədə özəl xəstəxanaların birində əməliyyat olunan 29 yaşlı Elif Kesginin ilk əməliyyatından sonra iynə ucunun bağırsağında unudulduğu məlum olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, gənc qadının zaman keçdikcə artan ağrılarına biganə qalan həkim 1 uşaq anası Elif Kesginin ölümünə səbəb olub.

Cinayət işi açan ailə xəstəxana və həkimə qarşı 10 milyon TL təzminat tələbi ilə məhkəməyə müraciət edib.

İddialara görə, əməliyyatdan sonra özünə gələ bilməyən Elif Kesginin şikayətlərinə əməliyyatı edən həkim “Artıq bu şikayətləri adət halına gətirmisiniz. Sizinki psixolojidir. Ağrıların da elə” cavabını verib.

Daha sonra 29 yaşlı qadın evə göndərilib.

4 yanvar 2023-cü ildə dəhşətli ağrılar keçirən Elif Kesgin evinin yaxınlığındakı dövlət xəstəxanasına müraciət edib. Müraciət etdiyi xəstəxanada bağırsağında oksidləşmiş iynə ucu tapıldığı və bu vəziyyətin təcili müdaxiləyə ehtiyacı olduğu bildirilib.

İddialara görə, reanimasiyadan çıxarılan Elif Kesginin vəziyyəti pisləşib və həyatını itirib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az