Almaniyada İsrail məhsullarına boykot çağırışı edən aparıcı işdən çıxarıldı

14:33 - 09 Aprel 2024

Almaniyada İsrail məhsullarına boykot çağırışı edən aparıcı işdən çıxarıldı

Almaniyada İsrail məhsullarını boykot etməyə çağıran aparıcı Helen Faresin vəzifəsindən uzaqlaşdırıldığı bildirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cənub-Qərbi Almaniya Radio və Televiziya Qurumundan (SWR) edilən açıqlamada, Faresin sosial media hesabında İsrail məhsullarını boykot etmək üçün istehsal edilən proqramdan istifadə etdiyi üçün işdən çıxarıldığı ifadə edilib.

Açıqlamada, SWR-nin rəqəmsal dialoq formatı "MixTalk"ı təqdim edən Faresin bir proqramın müstəqilliyini və etibarlılığını qorumaq üçün qərəzsizliyə borclu olduğu, lakin sosial mediadakı paylaşımında bu qərəzsizliyin olmadığı qeyd olunub.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az