Almaniyada İsrail məhsullarını boykot etməyə çağıran aparıcı Helen Faresin vəzifəsindən uzaqlaşdırıldığı bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cənub-Qərbi Almaniya Radio və Televiziya Qurumundan (SWR) edilən açıqlamada, Faresin sosial media hesabında İsrail məhsullarını boykot etmək üçün istehsal edilən proqramdan istifadə etdiyi üçün işdən çıxarıldığı ifadə edilib.
Açıqlamada, SWR-nin rəqəmsal dialoq formatı "MixTalk"ı təqdim edən Faresin bir proqramın müstəqilliyini və etibarlılığını qorumaq üçün qərəzsizliyə borclu olduğu, lakin sosial mediadakı paylaşımında bu qərəzsizliyin olmadığı qeyd olunub.
Əfsanə Rəcəb
Manşet.az