İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə Ticarət Nazirliyinin İsraillə ixraca qoyulan məhdudiyyətlərlə bağlı bəyanatına cavab verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Katz Türkiyənin İsraillə ticarət müqavilələrini birtərəfli qaydada pozduğunu bildirib.
O, prezident Rəcəb Tayyib Ərdoğanın HƏMAS-a dəstək üçün Türkiyənin iqtisadi maraqlarını qurban verdiyini iddia edib.
Katz bildirib ki, Türkiyənin İsraillə ixracata qoyduğu məhdudiyyətlərə cavab olaraq, İsrail Türkiyədən gələn məhsullara öz ticarət məhdudiyyətlərini hazırlayacaq.
Əfsanə Rəcəb
Manşet.az